Müqəddimə

پی دی اف دانلوود کنید
همچنین در دسترس: English فارسی کوردی

İslam Respublikası sadəcə olaraq daha bir İslam dövləti deyil, əksinə müasir dünyada müstəsna teokratiyadır. Onun yaranmasnın ilk nişanları ixtiyari zorakarlıqdan ibarət olan inqilabla bağlıdır. Tezliklə zorakılıq bütün ölkəyə yayıldı. İnqilab üçün bu, heç də qeyri-adi hal deyil, yeganə istisna ondan ibarətdir ki, meydana çıxan inqilabi partiya və növbəti qüvvələr zorakılığı dini, verilən halda isə İslam Şəriəti standart və qanunları vasitəsilə çatdırılan, ədalət libasına bürünmüş inamın ifadəsi kimi təqdim edir. O, İslam inqilabi məhkəmələri və İranı son üç onillikdə edam sxemlərinin üst pilləsinə qaldırmış qvardiyaçılar vasitəsilə qanuni status almışdır.

İnqilabçıların axtardığı demokratik cəmiyyəti rəmzləşdirən “müstəqillik, azadlıq və İslam Respublikası” şüarı tezliklə milləti zorakılıq mədəniyyəti ilə əhatə etmiş inqilabdan sonrakı vəziyyətlə əvəz olundu. Qələbədən demək olar ki, dərhal sonra millət həbslər dalğasına, işgəncələrə və edamlara qərq olundu və yeni yaranan hökumət həm azlıqlara, qadın və fərqli düşünənlərə doğru yönəlmiş zorakılıq mədəniyyəti, həm də zorakılıq törədən orqan - İslam İnqilabı Keşişçiləri Qvardiyası (İİKQ) ilə təmsil olunurdu. Respublikanın konstitusiyasına əsasən İİKQ “tək sərhədləri qorumağa deyil, həm də dini missiya, yəni Allahın yolunda Müqəddəs Müharibə (CİHAD) və Allah Qanununun üstünlüyünü dünyaya yaymaq üçün cavabdehlik daşıyır.’[1]

Avtoritar dövlətlər hakimiyyətdə olan yüksək təbəqəyə onların mütləq qüvvəsinə doğru çıxan şəxslərə qarşı seçimli ədalət tətbiq etmə səlahiyyəti verən dumanlı qanun və qaydalara dayaqlanır. İslam Respublikası öz səlahiyyət strukturunun dominant xassəsi və İranın həyat tərzi kimi zorakılığı bəsləyən dumanlı qanun və qaydalardan istifadə edir. Öz ilk illərində Respublikanın bir neçə dəqiqəlik məhkəmə prosesləri bütün səviyyələrdən olan vətəndaşları edam komandasına verməzdən əvvəl “yer üzünün satqını’[2] kimi damğalayırdı. Bunun ardınca onların güllələrlə deşik-deşik edilmiş cəsədləri zorakılığı daha da artırmaq vasitəsi kimi milli qəzetlərdə nəşr olunurdu. Bu, dövlətdə istibdad həbsləri dalğaları, ədalətli prosesdən imtina və özbaşına edamlarla öz qanun və konstitusiyasına məhəl qoymama meyli yaratdı. Bu yaxınlarda getdikcə daha çox və narahatlıq doğuracaq dərəcədə məhkəmə digər dumanlı ittihamlardan, məsələn “dövlət təhlükəsizliyinə qarşı hərəkət” və “sistemə qarşı təbliğat” ittihamlarından istifadə edir. Ölüm cəzası kəsilmiş şəxslər həmişə həbsxana qapıları arxasında güllələnmir, onlar hökumətin ən uzun və əzablı edam növü olan asılmaları görmək üçün həm cavan, həm də qocalardan ibarət izdihamı yığdığı ictimai edam tamaşalarında da öldürülə bilər.

Bundan əlavə, qeyri-aydın qanunlar və konsepsiyalar mülki hüquqlardan istifadənin qarşısını alan şərt kimi “İslam meyarından”[3] istifadə etmək məqsədilə konservativ fraksiyaların və dindarların yaranmasına imkan verir. Fəallar, fərqli düşünənlər, jurnalistlər, rəssamlar və adi vətəndaşlar senzuradan keçirlir və “İslam meyarlarının” sərbəst şərhi və əsas hüquqlara tətbiq edilməsi nəticəsində incidilir, işgəncələrə məruz qalır və hətta edam edilirlər. Bu, hakimiyyətin cəmi bir neçə nəfərin əlində getdikcə artan inhisarlaşması ilə əhalinin üstünlük təşkil edən təbəqələrinin, xüsusilə qadınlar, uşaqlar, etnik və dini azlıqların ən əsas hüquqlarından məhrum edilməsi arasında kəskin gərginliklərin yaranmasına səbəb ola bilər.

Bugünkü İranda qanunvericilik və dövlət tərəfindən dəstəklənən təbliğat vasitəsilə zorakılığın həm təşkilati, həm də simvolik formaları dövlət və vətəndaşlar arasında münasibətdə üstünlük təşkil edir. Dövlət səviyyəsində siyasi, mülki, iqtisadi, mədəni və sosial siyasətlər kəskin zorakılıq elementləri ilə dolmuşdur. Vətəndaşlar səviyyəsində fiziki, cinsi və şifahi zorakılıq qarşılıqlı əlaqə və münasibətləri müəyyən edir. Bu dinamika bütün İran vətəndaşlarının həyatını çürütmüş və İslam Respublikasının zorakılığa idealistik münasibətini onun sərhədlərindən kənara çıxarmış və mədəni relatvizim naminə və ya Respublikanın konstitusiyası tərəfindən təsdiq edilən Şəriətin məhdud şərhi naminə ümumi insan hüquqlarından istifadəni qadağan etmişdir.

Əslində, İslam Respublikasının dövlət maşını mülki həyata məhəl qoymayan nəzarətçi dövlət kimi təsvir edilə bilər. Rasional riyazi hesablamalar nəticəsində onun siyasətləri zorakılıq sikli yaradır ki, bu da, öz növbəsində mədəni dəyərləri tədricən sürüşdürmüş və nəticədə daxili zorakılıq və rəy yaratmışdır. Bu sikl həm dövlət nümayəndələri, həm də dövlət tədbirlərindən asılı olmadan zorakılığa əməl edən əhalinin xüsusi təbəqələri, məsələn Cümə Azanı rəhbərləri[4] və ya mətbuat maqnatlarına[5] dayaqlanır.

Beynəlxalq ictimaiyyətin diqqəti İslam Respublikasının səlahiyyətli orqanları ilə nüvə danışıqlarının aparılması vasitəsilə simvolizə edilən təhlükəsizlik məsələsinə yönəldiyi bir vaxtda İran İnsan Hüquqları İcmalının bu buraxılışı diqqəti həm nüvə enerjisindən istifadəyə, həm də İranın daha ümumi problemi olan insan hüquqlarının sistemli və davam edən pozuntusuna təsir edən əsaslı problemə yönəltməyə çalışır. İran İnsan Hüquqları İcmalının cari buraxılışının zorakılıq mədəniyyətinə xüsusi diqqət yönəltməklə insan hüquqlarının cəmi bir neçə səyli vətəndaş üçün yumşaq məsələ olmadığını qərar qəbul edən şəxslərə xatırlatmaq vasitəsinə çevriləcəyinə ümid edilir. Zorakılığın İslam Respublikasında yaşayan uşaqların, gənclərin, qadın və kişilərin hüquqlarının kobud şəkildə pozulması formasında ifadə olunan epidemik təbiəti insan hüquqlarının İslam Respublikası ilə əlaqədar beynəlxalq münasibətlərin, danışıqların və siyasətlərin əsasını təşkil etməsi zərurətinə dəlalət edir. Cənubi Afrika və Argentina misalında görmək olar ki, ancaq universal insan hüquqlarının zorakılığı əvəz edəcəyi hallarda dövlətlər milli və beynəlxalq səviyyədə təhlükəsizliyi təmin edə bilərlər.

Bu buraxılışın məqsədi İran qayda və qanunlarının nəzərəçarpacaq hissəsinin əsasını təşkil edən cari zorakılıq mədəniyyətini [6] qeyri-zorakılığın üstünlüyünə aparan tədbirlərlə əvəz etmək üçün suallar qaldırmaq, növbəti müzakirələri həvəsləndirmək və ekspertlərin İslam Respublikasının rəsmiləri ilə mübadilə zamanı yeni üsullardan istifadə etmələri zərurətini qeyd etməkdir. Tarixən, qeyri-zorakı hərəkatlar zorakı gündəliyə malik hərəkatlara nisbətən iki dəfə daha uğurlu olmuşdur və bu fenomen, bir regional qüvvə kimi İranın gələcəyinə sərmayə qoymaqda maraqlı olan tərəflər üçün həvəsləndirmə nöqtəsi ola bilər.[7] O, həmçinin İslam Respublikasının əsaslarına təsir edən mənəvi və siyasi böhranı qeyd etmək zərurətinə və onun cəmiyyəti və vətəndaşlarının tədricən dəyişməsi ilə nəticələnəcək insan hüquqlarına yönəlmiş qanun və dəyərlərin tələb olunmasına diqqət yönəldir.

Bu məsələ İrandan məsələnin lap kökünə dair külli miqdarda təcrübəsi olan bir sıra şəxslərin unikal məlumatından faydalanır. O, həmçinin İran insan hüquqları müdafiəçiləri arasında iki aparıcı şəxsin verdiyi töhvələrlə də zənginləşir. Bundan əlavə, Professor PayamAxavan bu məsələnin ümumi məzmununu tez-tez dəhşətli zorakılıq ifadələri ilə başlayan və müşayiət olunan insan hüquqlarının kobud şəkildə pozulması üzrə qlobal mütəxəssis kimi təcrübəsi nöqteyi-nəzərindən işıqlandırmışdır.

Mahmood Amiry-Moghaddam və TabassomFanaian İranda ölüm cəzasının tətbiq edilməsini tədqiq edir və sübut edirlər ki, bu cəza cəmiyyətdə qorxu yaradacaq şəkildə tətbiq edilir. Onlar sübut edir ki, İranda ən yüksək sayda ictimai edamlar keçirilir və onların sayı 2009-cu il seçkilərə qarşı etirazlar zamanı daha da artmışdır. O, həmçinin diqqəti gizli edamlara da yönəldir, belə edamlar zamanı edam edilmiş şəxslərin ailələrinə və hüquqi nümayəndələrinə nə baş verdiyi barədə məlumat verilmir. O, diqqəti ölüm cəzasının İranda narkotiklərin yayılmasına qarşı mübarizənin bir hissəsi kimi istifadə edildiyinə və həm edamların sayı, həm də əlavə hüquqi qətllər nöqteyi nəzərdən beynəlxalq dəstək almasına yönəldir.

Musa BarzinXalifeloo İslam İnqilab Keşikçiləri Qvardyası (İİKQ) və onlara tabe olan Basijin fəaliyyətinin hüquqi əsaslarını tədqiq edir. O, hər iki təşkilatın mənşələrini və İran dövlətinin teokrat prioritetlərini həm ölkə daxilində, həm də xaricdə möhkəmlətmək üçün bu təşkilatların rolunun getdikcə artmasını tədqiq edir. Xalifeloo ictimai ədəb qaydalarının tətbiq edilməsində və İranda müxalifət qüvvələrinin basılmasında bu təşkilatların rolunu tədqiq edir. O, qeyd edir ki, bu fəaliyyətlərin mərkəzində qorxu və zorakılıq durur və bu taktikalar öz əsasını İranın qanunları və konstitusiyasından götürür.

MahnazParakand İran məhkəmə, cəza və təhlükəsizlik xidmətlərinin siyasi məhbuslara qarşı zorakılığını təhlil edir. O, siyasi məhbusların həbsinin, dustaqlığının və məhkəməsinin müntəzəm olaraq İran qanununa və ya beynəlxalq normalara uyğun gəlməməsi yollarını, məsələn, hüquqi nümayəndəlikdən istifadə imkanının, öz işinə dair məlumatın və ya ailə üzvləri ilə əlaqənin az olmasını, bundan əlavə, fiziki təhqir və məhbusların qeyri-qanuni köçürülməsi məsələlərini təhqiq edir.

İran üçün Ədalət (İÜƏ) İslam Respublikasının rəhbərliyi və həbsxana orqanları tərəfindən qadın məhbuslara qarşı tətbiq edilən cinsi işgəncənin müxtəlif növlərini nəzərdən keçirir. O, cinsi işgəncənin xüsusilə bir formasını - əsasən 1980-ci illərdə tətbiq edilən bakir qızların edamdan qabaq zorlanmasını xüsusi qeyd edir. Bundan əlavə o, qadın siyasi məhbuslara qarşı fiziki zorakılıqla, o cümlədən kavernaların axtarılması, psixoloji cəhətdən pis münasibət, məsələn həbsdən sonra vətəndaşların və onların ailələrinin incidilməsi ilə müşayiət edilən cinsi işgəncə ilə bağlı cari dövlət siyasələrini işıqlandırır.

Hossein Raeesinin töhvəsi İranda qeyri-Şiyə dini azlıqlar və qeyri-Fars etnik azlıqlara qarşı ayrı-seçkiliyin konstitusiyada nəzərdə tutulmuş və hüquqi əsasının təhqiq edilməsidir. O, diqqəti konstitusiyada azlıqlara qarşı dövlət təşkilatlarının ayrı-seçkiliyini gücləndirən bir sıra maddələrə yönəldir ki, burada azlıqların ictimai fəaliyyətləri tez-tez dövlətə qarşı tədbir kimi qəbul edilir. O, həmçinin etnik azlıq qrupların mülki həyatda iştirakdan istisna olunmasında dilin rolunu, xüsusilə, ana dili Fars dili olmayan şəxslərə qarşı təhsil sisteminin ayrı-seçkiliyini də təhqiq edir.

İranda Zorakılığa qarşı Beynəlxalq Koalisiya (İZQBK) İran dövlətinin tədbirlərinin uşaqlara qarşı zorakılığı tətbiq etməsi kimi qəbul ediləcəyi yolları tədqiq edir. Onlar diqqəti əsas üç məsələyə yönəldir: anaları ilə birlikdə həbs edilmiş uşaqlara həbsxanada münasibət, həddi-büluğa çatmayanların və həddi-büluğa çatmamış cinayət törətmiş şəxslərin edamı, o cümlədən, hüquqi qəyyumların onların qayğısına tapşırılmış uşaqlarla nikah kəsmələrinə imkan verən yeni müddəalar.

MedehGhaderi İranda qadınlara qarşı ayrı-seçkiliyin konstitusiya və hüquqi əsaslarını tədqiq edir və bunun təcrübədə nə məna daşıdığını nəzərdən keçirir. O, diqqəti İran məişətinin başçısı kimi kişinin müəyyən edilmiş rolu və bu rolun məişət həyatı, boşanma, uşaqlar üzərində himayədarlıq, çox-nikahlılıq və vərəsəlik kimi məsələlərə yönəldir.

Rouhi Şafii İran dövlətinin qadınlara qarşı zorakılığı təbliğ edən dövlət kimi nəzərdən keçirildiyi yolları tədqiq edir. Onun töhfəsi ailə qanunu məsələlərində olan sistemli ayrı-seçkiliyə yönəlmişdir və onun fikrincə bu, qadınların xilas olmaq üçün öz ərlərini öldürmələrinin əsas amilidir. Tədqiqat ailə başçısı olan qadınların və fahişəliklə məşğul olan, yaxud narkotik asılılığından əzab çəkən qadınların üzləşdiyi çətinlikləri nəzərdən keçirir.

NasrinAfzali 1979-cu İslam inqilabından sonrakı aylarda və illərdə İran qadınlarının hicab taxmağa məcbur edilmələrinin inkişafını nəzərdən keçirir. O, bu tələbə əməl etmə təzyiqinin ictimai təşkilatlara daxil olmanın ilkin məhdudlaşdırılmasından 1983-cü il Cəza Məcəlləsinə daxil edilməsinə qədər necə inkişaf etməsini qeyd edir. Afzali iş yerlərində, hökumət təşkilatlarında və ictimai sahələrdə hicab taxılmasına dair İran qanunlarına əməl edilməsini rəsmi və qeyri-rəsmi şəkildə təmin edən Basij və polisin rolunu tədqiq edir.

İran İnsan Hüquqları Xülasəsinin bu buraxılışına daxil edilmiş məqalələrdə verilən dəlillər əsasında bir sıra tövsiyələri nəzərdən keçirmək faydalı ola bilərdi:

  • Xarici siyasət yaradıcıları İranda qeyri-zorakılıq təhsili ilə məşğul olan əsas və az əhəmiyyətli icmaların mülki iştirakçıları üçün təhsil imkanlarını tədqiq edə bilərdi

  • İslam Respublikası orqanları qadınların, dini azlıqların, etnik azlıqların və cinsi azlıqların daxil olduğu səciyyəvi əhaliyə təsir edən ayrı-seçkiliyə səbəb qanuların islahatlarını nəzərdən keçirməlidir

  • İnternet, ənənəvi mətbuat və digər mənbələr vasitəsilə İranda ictimaiyyətin istifadəsinə veriləcək insan hüquqları mədəniyyətinin təbliğini asanlaşdırma vasitəsi kimi insan hüquqları, qadın hüquqları və uşaq hüquqları təşkilatlarının maliyyələşdirilməsi imkanlarını artırma

  • Əsas diqqəti insan hüquqlarının pozulması qurbanlarına, xüsusilə İran qadınları və dini və etnik azlıqlar arasında olan qurbanlara yönəldən həqiqət komissiyalarına və tribunallarına tətbiq ediləcək qanunvericiliyi və qanuni prosesləri həvəsləndirmək

  • İnternet tədrisi və əyləncəli təhsil vasitəsilə İran gəncləri arasında əsas diqqəti qeyri-zorakılıq mədəniyyətinin tarixi, nəzəri və əməli elementlərinə verən tədis və təlim imkanlarından istifadəni asanlaşdırma

  • İslam Respublikası orqanları və təşkilatlarını dövlət tərəfindən dəstəklənən mətbuat vasitəsilə İran sərhədləri daxilində və xaricində zorakılıq mədəniyyətinin təbliğ edilməsi ilə bağlı məsuliyyətə cəlb etmə

  • İslam Respublikası orqanlarını Qadınlara qarşı Ayrı-seçkiliyin bütün Formalarının Ləğvi üzrə BMT Konvensiyası (CEDAW) və İşgəncələrə qarşı BMT Konvensiyası da dxil olmaqla beynəlxalq sənədləri şərtsiz imzalamağa həvəsləndirmə

  • Universal insan hüquqlarının qorunması öhdəliyini götürmüş qlobal cənub rəhbərləri ilə İslam Respublikası orqanları arasında artan beynəlxalq münasibətləri asanlaşdırma



[1] Alavi and Associates, İran İslam Respublikasının Konstitusiyasının İngilis dilinə tərcüməsi http://www.alaviandassociates.com/documents/constitution.pdf

[2] Ərəb/İslam termini ‘MofsedfilArz’ idi.

[3] İslam Respublikası konstitusiyasının 4-cü Maddəsində deyilir: “Bütün mülki, cinayət, maliyyə, iqtisadi, inzibati, mədəni, hərbi, siyasi və digər qanun və qaydaları İslam meyarlarına əsaslanmalıdır.”

[4] Bu yaxınlarda Baha’i azlığının üzvü Ataollah Rizvaninin ehtimal edilən qətli yerli Cümə duası rəhbərinin öz çıxışına anti-Baha’i şərhlər daxil etdikdən bir gün sonra baş vermişdi.

[5] Ali Rəhbərin nümayəndəsi və hökumət tərəfindən dəstəklənən Kayhan Qəzetinin idarəedici redaktoru Hossein Şariatmadari öz nəşir vasitəsilə təhrikçi bəyanatları yayan ən təzatlı şəxslərdən biridir.

[6] İran Qlobal Sülh Siyahısında 162 ölkə arasında 132-ci yeri tutur, bax: İnsanlıq Baxışı, Qlobal Sülh Siyahısı: İran, iyun 2013-cü il http://www.visionofhumanity.org/#page/indexes/global-peace-index/2013/IRN/OVER

[7] 1900 - 2006-cı illər arasında hərəkatları nəzərdən keçirən tədqiqata görə qeyri-zorakı hərəkatların 50%-n çoxu, zorakı hərəkatların isə ancaq 25% nəticə vermişdir. Bax: Erica Chenoweth, Give peaceful resistance a chance, New York Times, Mart 2011,http://www.nytimes.com/2011/03/10/opinion/10chenoweth.html?_r=0

پی دی اف دانلوود کنید
همچنین در دسترس: English فارسی کوردی